WhatsApp

Xarici ölkələrdən alınan ucuz VDS/VPS və Hosting xidmətlərinin yaxşı və pis tərəfləri

Hazırladığımız hosting xidmətləri və paylaşdığımız məqalələr, istifadəçilərimizin sürətli, təhlükəsiz və davamlı onlayn təcrübə əldə etməsi üçün xüsusi olaraq hazırlanır. Server infrastrukturumuz güclü performans və fasiləsiz xidmət təmin edir, məqalələrimiz isə hosting sahəsində doğru seçim etməyə kömək edən faydalı məlumatlar təqdim edir..

Ana səhifə Şirkətimiz Blog Xarici ölkələrdən alınan ucuz VDS/VPS və Hosting xidmətlərinin yaxşı və pis tərəfləri
04 Temmuz 2025, 21:04 2 Şərh 135 Oxuma

İnternetdə araşdırma aparan hər kəs bəlkə də xarici provayderlərdən təklif olunan çox ucuz VDS, VPS və hosting xidmətləri ilə qarşılaşıb. İlk baxışda qiymətlər cəlbedici görünə bilər – lakin bu qiymətin arxasında hansı keyfiyyət və dəstək durur?

 

Pis tərəflər (və təcrübəmdən real faktlar)

 

1. Texniki dəstək demək olar ki, yoxdur

Yazırsan, cavab gəlmir. Hətta bəzən həftələrlə, aylarla heç bir reaksiya almırsan. Probleminlə tək qalırsan.

2. Serverlər stabil deyil

Bəzən saytlar dayanmadan yavaşlayır, bəzən tamamilə açılmır. Ancaq problemi kimə deyəsən?

3. Xidmət keyfiyyəti və etibarsızlıq

Qiymət ucuz olsa da, xidmət səviyyəsi də ucuz olur. Ucuz xidmət alırsansa, bunun qarşılığında çox vaxt itirə, müştərilərini belə itirə bilərsən.

4. Pulunu qazanırlar, sonra susurlar

Satışı edirlər, amma sonrası yoxdur. Yenə də sonda məcbur qalıb yerli bir provayderə müraciət edirsən.

 

Yaxşı tərəfləri varmı?

Açığı, bu sualın cavabını təcrübəmə əsasən deyirəm: yaxşı tərəfi yoxdur.

Bəli, bəlkə də çox ucuz qiymətə server alırsan, amma aldığın xidmət sənə daha baha başa gəlir – vaxt, əsəb, müştəri itkiləri...

 

Mən özüm əvvəllər provayder olmamışdan əvvəl bu problemi yaşadım. Dəstək ala bilmədim, serverlər dayandı, və sonda yenə də Azərbaycandakı bir xidmətə qayıtdım.

Nəticə

Ucuz qiymətə aldanmaq əvəzinə, keyfiyyətli və güvənilir provayderlə işləmək hər zaman daha doğrudur.

Əgər həm keyfiyyətli, həm də münasib qiymətə VPS/VDS və Hosting xidməti axtarırsınızsa, DenizHost olaraq sizə tam texniki dəstək və sabit xidmət təklif edirik.

 Məqalə müəllifi: Elvin, denizhost.az təsisçisi

denizhost.az

Oxuyucu Şərhləri

2 Şərh

CAVAB VER Ramin

Ramin

04 Temmuz 2025, 00:30
Əvvəllər xarici saytlardan ucuz VPS almışdım. Başlanğıcda hər şey normal görünürdü, amma bir neçə həftə sonra server tez-tez dayanmağa başladı. Texniki dəstəyə yazdım, amma nə cavab verən var, nə də problemi həll edən. Sonda məcbur qalıb yerli provayderə keçdim. İndi isə DenizHost istifadə edirəm və çox razıyam – sürət yüksəkdir, dəstək dərhal cavab verir. Artıq başım sakitdir.

DenizHost.az Komandası

DenizHost.az Komandası

04 Temmuz 2025, 14:59
@Ramin Müştərilərimizin razılığı bizim üçün hər şeydən önəmlidir!
DenizHost olaraq daim sürətli, sabit və dəstəkli xidmət göstərməyə davam edirik.