WhatsApp

Veb

Veb dizayn şirkətinizin internetdəki korporativ interfeysidir. Veb dizaynı funksional olaraq istifadəsi asan, sadə və asanlıqla əldə edilə bilən məzmunu ilə interaktiv mühitdə şəxsiyyətinizdir..

Ana səhifə Veb

Veb

    Veb - saytların hazırlanması

Veb - sayt hazırlanması müasir dövrdə mövcudluğunu onlayn məkanda qurmaq istəyən istənilən şirkətin atacağı ilk addımlardan biridir. Çünki veb-sayt sizin internetdəki vizitkanızdır. Onlayn məkanda izləyicin və ya potensial müştərin ilə ilk tanışlığındır. Bu tanışlığın necə olması sizin təqdim etmənizdən asılıdır. Hazırlanan veb-sayt şirkəti, brendi doğru şəkildə ifadə etməlidir. İstifadəçi veb-sayta giriş edəndə istədiyini orada tapmalıdır. Biz ERAsoft veb-saytları sıfırdan heç bir hazır HTML kodundan istifadə etmədən hazırlayırıq. Verdiyiniz sayt sifarişinə əsasən hazırladığımız sayt sizin haqqınızda müştəridə istədiyiniz o təəssüratı yaradacaq. Bir çox yerli və xarici şirkətlərə veb həllər təklif edən şirkət olaraq veb-saytların yaradılmasında bunları təklif edirik:

  1. Veb-saytın hazırlanmasında texniki tapşırıq mərhələsi

Bu veb-saytların hazırlanmasında ilkin mərhələdir. Müştəri saytının necə olması barəsində məlumat verir. Nə saytı olsun, saytında hansı bölmələr olsun, dizaynı necə olsun kimi informasiyalar əks olunur. Bəzən olur ki, müştəri nə istədiyini bilmir. Burada proqramistlər təcrübələrindən istifadə etməlidir. Müştəriyə yol göstərməli, xəyalındakını reallığa tökməlidir. “ERAsoft”un veb saytların hazırlanmasında illərə dayanan təcrübəsi ilə müştəriyə müxtəlif alternativlər təqdim edə bilir.

 2. Veb-saytın hazırlanmasında UI/UX mərhələsi

Müştəridən alınan texniki tapşırıq əsasında veb-saytın dizaynı hazırlanır. Veb-sayt necə görünəcək, necə istifadə ediləcək məsələsi həll edilir. Yəni web saytın növünə uyğun UI/UX  seçilməsi veb-saytın hazırlanması prosesində əhəmiyyətli mərhələdir.

Daha sonra hazırlanan dizayn müştəriyə təqdim edilir. Biz hazırladığımız dizaynda ən müasir görüntünü rahat istifadəçi təcrübəsi ilə birləşdiririk. İstifadəçi sayta girəndə həm asanlıqla istədiyini tapa bilsin, həm də interfeysdən zövq alsın. Mütləq ki  bu mərhələdə düzəlişlər olur. Əsas müştəri məmnuniyyəti olsa da dəyişiklik qərarı birgə verilir.

 3. Veb-sayt hazırlanmasında front-end mərhələsi

Seçilən UI/UX-ə uyğun front-end developer kodlaşma prosesinə başlayır. Veb-saytların hazırlanmasının bu mərhələsi səhifələrinizin mobil cihazlar və müxtəlif brauzerlər üçün responsive (uyğunlaşan) olmasını təmin edir.

 4. Veb-sayt hazırlanmasında back-end mərhələsi

Daha sonra veb-saytın hazırlanmasında əsas mərhələlərdən biri olan funksionallığı təmin etmək gəlir. Back-end developer tərəfindən aparılan həmin mərhələdə bütün mexanizm qurulur. Məsələn, PHP, Python, Ruby və ya Java kimi dillərlə dinamik məzmun yaradılır. Web sayt yaratmağın bu mərhələsində veb-saytın növünə görə lazım olan funksiyalar yazılır. Veb-saytın özəyi məhz bu hissədədir. 

 5. Veb-sayt hazırlanmasında test mərhələsi 

Veb-saytın istifadə olunabilirliyini və doğruluğunu yoxlamaq üçün veb-saytı test etmək əhəmiyyətlidir. Veb-saytların hazırlanmasının bu mərhələsində müxtəlif brauzerlərdə və cihazlarda testlər aparmaq, bağlantıları yoxlamaq və potensial səhvləri tapmaq, düzəltmək lazım gələ bilər.

 6. Veb-sayt hazırlanmasında domen (domain) və hostinq seçimi, texniki dəstək verilməsi

Bu mərhələ veb-sayt hazırlanmasının həm əvvəlində, həm də sonunda aparıla bilər. Adətən sayt yaradan sirketler üçün bunun fərqi olmur. Daha çox müştərinin seçimi, istəyi olur. Yəni bütün işləri bitirib, sonda da ad seçə bilərsiniz. Əsas məsələ veb-saytınız üçün uyğun ad seçmək və hostinq məsələsini həll etməkdir. Domen adı, server xidməti veb-saytınızın internetdə mövcudluğunu təmin edir.

Texniki dəstək isə şirkətimiz tərəfindən bütün müştərilərimizə təklif edilir. Verdiyimiz texniki dəstək gələcəkdə qarşınıza çıxa biləcək bütün problemləri həll etmək gücündə olacaq. 

 7. Veb-saytların hazırlanmasında dijital marketinq

Biz veb-saytlarımızı hazırlayanda onun rəqəmsal marketinq “tool”ları üçün uyğun edirik. Məsələn, "SEO"ya uyğun admin panel hazırlayırıq: meta description, title və s. Bu sistemi hazır şəkildə müştəriyə təqdim edirik. Həm admin paneldə, həm də kod tərəfdə göstərməyə çalışırıq. Google Analytics, Google Search Console veb-sayta qoşulmuş şəkildə təqdim edilir. Bu da marketoloqun işini asanlaşdırır.

Bir sözlə, biz həm veb-sayt hazırlayırıq, həm kontent veririk, həm də texniki dəstək göstəririk. Hostinq və server xidməti ilə müştərilərimizin gələcəkdə yaşayacağı bütün problemlərində yanındayıq. Bizim təcrübəmizdə istənilən tip veb-saytlarin hazirlanmasi var. Seçdiyiniz sayt növünə uyğun funksionallıqda, dizaynda yığırıq, istəyinizə uyğun hostinq və texniki dəstək veririk.

Bütün növ veb-saytları hazırlayırıq:

Müraciət et